Kələm dolması

Tərkibi:
Qoyun əti
(bud hissə) - 120 q
Kərə yağı - 15 q
Kələm - 160 q
Baş soğan - 15 q
Düyü (yumru) - 20 q
Reyhan - 5 q
Keşniş - 10 q
Şüyüd - 10 q
Kərəviz - 10 q
Duz - 4 q
İstiot - 0,05 q
Nar - 30 q

Hazırlanması:
Qoyun əti və baş soğan ətçəkən maşından keçirilir. Duz, istiot vurulur. Yumru düyü təmizlənir (arıtlanır), yuyulur. Reyhan, keşniş, şüyüd, kərəviz yuyulur, təmizlənir və doğranır. Bütün bunlar qiymə ilə qarışdırılır. Kələm isti suda pörtlədilir, özək hissəsi çıxarılır, yarpaqların zoğ hissəsi isə yarpaq nazikliyində kəsilir. Küftə halına salınmış qiymə kələm yarpağına bükülür. Hazır dolmalar qazana yığılır, üzərini örtəcək qədər işgənə (və ya su), yağ əlavə olunur. Dolmaların üzərinə boşqab qoyularaq vam odda 1-1,5 saat bişirilir. Süfrəyə veriləndə üzərinə dənələnmiş nar əlavə olunur.

Mənbə: Qarabağ Mətbəxinin İnciləri ( Tahir Əmiraslanov, Aynurə Əmiraslanova, Ceyran Əsgərova, Gülnar Ələsgərova, Ehtiram Fərzəlibəyov )

Rəylər

Aşağıdakı məlumatları qeyd edin