Qiyməli plov
Tərkibi:
Qoyun əti - 900 q
Zoğal axtası - 20 q
Kərə yağı - 200 q
Kişmiş - 50 q
Düyü - 500 q
Duz - 60 q
İstiot - 5 q
Qazmaq üçün:
Un - 160 q
Yumurta - 1 ədəd
Kərə yağı - 40 q
Duz - 5 q
Hazırlanması:
Qoyun əti ətçəkən maşından keçirilib yağda qovrulur. İçərisinə zoğal axtası, kişmiş vurulur. Düyü süzülərək qiymə ilə qat-qat qazana yığılıb dəmə qoyulur. Qazanın dibinə qazmaq hazırlamaq üçün: un, yumurta, yağ yoğurulub yuxa halına gətirilir və qazanın dibinə qoyulur.
Mənbə: Qarabağ Mətbəxinin İnciləri ( Tahir Əmiraslanov, Aynurə Əmiraslanova, Ceyran Əsgərova, Gülnar Ələsgərova, Ehtiram Fərzəlibəyov )
0 Rəy