Şuşa əriştəsi

Tərkibi: 

Un - 500 q

Qara lobya - 100 q

Baş soğan - 150 q

Kərə yağı - 30 q

Ət suyu - 1 l

Alça qurusu - 30 q

Nanə qurusu - 10 q

Duz - 20 q

İstiot - 5 q

 

Hazırlanması:

Xəmir yoğrulur, 2-3 mm qalınlığında lavaş açılır və uzun formada doğranılır. İri qara lobya ayrıca bişirilir. Soğan yağda qovrularaq üzərinə işgənə (adi su da ola bilər) tökülür. Qaynayan işgənəyə doğranmış xəmir, bişmiş lobya və duz tökülür. Alça qurusu, istiot, nanə qurusu əlavə edilir. Qış aylarında hazırlanır.

 

 

Mənbə: “Qarabağ mətbəxinin inciləri”  kitabı (Tahir Əmiraslanov, Aynurə Əmiraslanova, Ceyran Əsgərova, Gülnar Ələsgərova, Ehtiram Fərzəlibəyov)

Rəylər

Aşağıdakı məlumatları qeyd edin