Bülbül (1897-1961)
Məmmədov Murtuza Məşədi Rza oğlu(Bülbül) 22 iyun 1897-ci ildə Şuşa yaxınlığında, hazırda Xankəndinin cənub ərazisi olan Xanbağı adlanan yerdə anadan olmuşdur. Bülbül adı ona qeyri-adi dərəcədə məlahətli səsinə görə verilmişdir. Azərbaycan opera müğənnisi, mahir təsnif ifaçısı, Azərbaycan professional vokal sənətinin banisi, SSRİ xalq artisti, Stalin mükafatı laureatı. SSRİ Dövlət Mükafatı laureatı olmuşdur. SSRİ–nin iki dəfə Lenin Ordeninə, iki Qırmızı Əmək Bayrağı ordeninə, "Şərəf nişanı" ordeninə, İtaliyanın Qaribaldi ordeninə layiq görülmüşdür.
0 Rəy