Üzeyir Hacıbəyov (1885-1948)

Üzeyir bəy Əbdülhüseyn oğlu Hacıbəyov—dünya şöhrətli bəstəkar, görkəmli musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim, müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi, SSRİ xalq artisti, Stalin Mükafatı laureatı, "Lenin Ordeni" və "Qırmızı Əmək Bayrağı" ordeni laureatı, Azərbaycan Elmlər Akademiyasının akademiki, professor, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Azərbaycan Dövlət Konservatoriyasının rektoru, Azərbaycan Elmlər Akademiyasının İncəsənət İnstitutunun direktoru olmuşdur.

Hacıbəyovun 1908-ci il yanvarın 12-də Bakıda göstərilən "Leyli və Məcnun" operası ilə təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində opera sənətinin əsası qoyulmuşdur. 

Rəylər

Aşağıdakı məlumatları qeyd edin