Tuman. Şuşa. XIX əsr
Şuşa qadınları bir-birinin üstündən bir neçə tuman geyinirdilər. Tumanların sayı 8-10 ədəd olurdu. Ən üst tumanın ətəyini bəzən lentlə bəzəyirdilər. Qış vaxtı yaşlı qadınlar üst tumanın altından isti sırınmış tuman – yorğan tumanı geyinirdilər. Tumanların fasonu, tikildiyi parçalar və parçaların rəngi demək olar ki, heç vaxt təkrar olunmurdu. Tumanları aşağı tərəfə genişlənən formada parça şırımlardan – taxtadan tikirdilər. Onların sayı 60-70-ə qədər olurdu. Şırımların sayı sahibinin sosial vəziyyətini müəyyənləşdirirdi.
Mənbə: anl.az
0 Rəy