Şuşa ədəbi mühiti

Azərbaycanımızın qədim mədəniyyət məkanlarından biri kimi tanınan Qarabağda xanlıqlar dövründən sonra da ədəbiyyat və incəsənət daha da inkişaf etmişdir. Molla Pənah Vaqifin Qarabağ sarayında yaşayıb fəaliyyət göstərməsi xanlığın söz, sənət adamlarına verdiyi dəyərin göstəricisidir. Hakim dairələrin sözü, sənəti yüksək qiymətləndirməsi ilə bərabər Qarabağın möcüzəvi təbiətinin insana aşıladığı yaradıcı ruh Şuşada qeyri-adi yaradıcılıq mühiti formalaşdırmışdı. Təsadüfi deyil ki, Qasım bəy Zakir, Baba bəy Şakir, Məhəmməd bəy Aşiq, Cəfərqulu xan Nəva, Xurşidbanu Natəvan, Mir Möhsün Nəvvab, Mirzə Rəhim Fəna, Fatma xanım Kəminə, Əbdürrəhim bəy Haqverdiyev, Nəcəf bəy Vəzirov, Süleyman Sani Axundov, Yusif Vəzir Çəmənzəminli, Üzeyir bəy Hacıbəyli, Əhməd Ağaoğlukimi yazıçı və mütəfəkkirlər Şuşada yetişərəkyaradıcılığa başlayıblar.

Şuşanın təkcə ərazisinideyil, həm də mədəniyyətini mənimsəmək iddiasında olan ermənilər, heç bir əsas olmadan XIX əsrdə Şuşada mədəniyyətin inkişafının onlara aid olması təsəvvürünü formalaşdırmağa çalışırlar. Şuşanın ermənilərə heç bir dəxli olmamasına tutarlı cavablardan biri də orada yarananədəbiyyat, sənət inciləri,XIX əsrin ədəbi məclisləridir.

XIX əsr Şuşa ədəbi məclisləri özünün çoxyönlü funksiyası, ədəbiyyata, mədəniyyətə, maarifəverdiyi töhfələri ilə fərqlənir.

“Məclisi-üns” (“Dostluq məclisi”)ədəbi

məclisi 1864-cü ildə Şuşada şair Mirzə Rəhim Fənanın təşəbbüsüilə təşkil

edilmişdir. Məşğələləri şair Hacı Abbas Agahın evində keçirilən bu məclisin əvvəllərdörd üzvü olmuşdur.1872-ci ildə Xurşidbanu Natəvanın məclisiöz himayəsinə götürməsi onun məşğələlərini daha da canlandırmış, məclis üzvlərinin sayı çoxalıb otuza yaxınlaşmış və şöhrəti Qarabağın hüdudlarını aşmışdır. “Məclisi-üns”də tanınmış Qarabağşairləri ilə yanaşıməşhur xanəndə və sazəndələr də iştirak etmişlər.

“Məclisi-fəramuşan” (“Unudulmuşlar məclisi”) və ya “Məclisi-xamuşan” (“Dinməz, sakit adamlar məclisi”) adlı ədəbi məclis Qarabağda Mir Möhsün Nəvvabın təşəbbüsü ilə 1872-ci ildə təşkil edilmişdi. Onun fəal üzvləri Həsənəliağa xan Qaradağski (Qaradaği), Abdulla bəy Asi, Sədi Sani Qarabaği (Cinli), Fatma xanım Kəminə olub. Məclisin məşğələləri Mir Möhsün Nəvvabın evində keçirdi. “Məclisi-fəramuşan” 1910-cu ilədək fəaliyyət göstərmişdir. Qarabağ xanəndələri də bu məclisdəyaxından iştirak edirdilər.

 

Bunlardan başqa, Cəfərquluxan Nəvanın sarayındafəaliyyət göstərən, azsaylışair və sənət adamlarını bir araya gətirəndaha bir ədəbiməclis də mövcud olmuşdur. Bir şəhərdə öz ətrafına yaradıcı şəxsləri yığan üç ədəbi məclisin mövcudluğu həmin məkanın mədəniyyət tarixində tutduğu möhtəşəm mövqedən xəbər verir.

Ədəbi məclislər ilk növbədə şeir, sənət məktəbiidi. Ədəbi məclislərhəm də musiqi məclisi idi. Musiqi məclisləri bəzən şeir məclisləri ilə birlikdə olsa da, onlara xüsusi günlər də ayrılırdı. Həmin

vaxtlar “Məclisi-üns”də musiqi məclislərinə Növrəsbaşçılıq edirdi. Nəvvabözü həm də musiqişünas olduğundan “Məclisi-fəramuşan”ın musiqi yığıncaqlarını həm özü, həm də Hacı Hüsü aparırdı.Hacı Hüsü “Məclisi-fəramuşan”ın içərisində “Xanəndələr məclisi” də qurmuşdu.

Qarabağda muğam, ifaçılıq o qədər inkişaf etmişdi ki, o dövrdə Şuşada “Bülbül” təxəllüsü daşıyanüç müğənni var idi. SonralarAzərbaycanın opera müğənnisi, vokalist Murtuza Məmmədovun da Bülbül adını qazanması Qarabağda mövcudolan həmin ənənənin davamıdır.

İncəsənətin fərqli növlərinivəhdətdə təqdim edən Şuşa ədəbi məclisləri həm də rəssamlıq və xəttatlıq fəaliyyətini də mərkəzləşdirən mədəniyyət ocaqları idi.

Natəvan gül rəsmləri çəkir, həm də gülə, çiçəyə şeir yazırdı. Hətta onun çəkdiyi rəsmlərə məclis üzvləri də şeir həsr edirdilər.

Şuşada ədəbi məclislər dövrün ziyalılarını bir araya gətirən, mühüm hadisələrin müzakirəolunmasına xidmət edən mərkəz funksiyasını da yerinə yetirirdi.

Yeni tipli, üsuli-cədid məktəblərinin əməli fəaliyyəti, dərsliklərin yazılması həm Şuşada, həm də bütövlükdə Azərbaycanın bütün bölgələrində ədəbi məclislərin qabaqcıltəmsilçilərinin iştirakı ilə gerçəkləşirdi.

Ədəbi məclis üzvlərinin Azərbaycan tarixinin yazılıb yaşamasında da xidmətləri olmuşdur. Şuşa ədəbi məclisləri də tariximizə qiymətliməxəzlər bəxş etmişdir. Nəvvabın “1905-1906-cı illərdəerməni-müsəlman davası” əsəri, Mirzə Rəhim Fənanın “1905-ci il hadisəsi” xalqımızın keşməkeşli tarixini faktlarəsasında dəyərləndirmək baxımından qiymətli tarixi qaynaqlardır. “Məclisi-üns” üzvü MirzəHəsənin “Rəsmi-vilayəti-Qarabağ və şəhri-Şişə” (“Qarabağvilayəti və Şuşa şəhərinin

 

adətləri”) məsnəvisi də bədii olmaqla bərabər, tarix, etnoqrafiya baxımından da qiymətli məxəzdir. Bundan əlavə, məclis üzvlərinin ictimai-real motivli şeirlərində çarizmin o dövrdə Qarabağda apardığı işğalçı siyasətə, erməniləşdirmə probleminə aid bədii nümunələr

var.

 

Qarabağ ədəbi məclisləri Şamaxı, Naxçıvan ədəbi məclisləri, Qaradağ,Ərdəbil şairləri ilə sıx əlaqə saxlayırdılar.

Qadınların kişilərlə bir məclisdə fəaliyyət göstərməsi Qarabağ ədəbi məclislərinin əsas özünəməxsusluqlarından biri idi. O vaxt Qarabağqadınları həm yaradıcılıqda, həm də xeyriyyəçilikdə öz fəallıqları ilə

seçilirdilər. Natəvan, Gövhər ağa, Qara Pirimli Nigar, Fatma xanım Kəminə xeyriyyəçi kimi də tanınırdılar.

Şuşa ədəbi məclisləri XIX əsrdə Azərbaycanda mədəni ideologiyaların inkişafında da mühüm rol oynamışdır. İslamçılıq, türkçülük, azərbaycançılıq, müasirləşmə ideologiyalarının mədəni təzahürləri sənətkarların yaradıcılığında öz əksini tapırdı.

Sovet hakimiyyətinin 70-80-ciillərində Şuşada fəaliyyətgöstərən “Natəvan poeziya evi”, “Vaqif çeşməsi” ədəbi məclisləri Dağlıq Qarabağ yazarlarını özündə birləşdirirdi. “Şuşa” qəzetinin nəzdində“Qönçələr” ədəbi birliyi fəaliyyət göstərirdi. Birliyin üzvlərinin yaradıcılıq nümunələri öncə həmin qəzetdəişıq üzü görürdü.Sonralar bu ədəbibirlik “Vaqif çeşməsi”adı

altında Şuşada fəaliyyətini davam etdirmişdi. “Qönçələr” və “Vaqif çeşməsi”adlı iki almanaxardıcıl şəkildə işıq üzü görürdü.

Ermənilərin Şuşanı işğalından sonra ədəbi məclislərin üzvləri də pərən-pərən düşdülər. Şuşanın işğaldan azad edilməsindən sonra yenə də orada ədəbi məclislər fəaliyyətgöstərəcək.

 

Azad Şuşada 30-31 avqust 2021-ci il tarixində Vaqif Poeziya Günləri keçirildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban ƏliyevaVaqif Poeziya Günlərinin rəsmi açılışında iştirak etdilər.

 

Prezidenti İlham Əliyev açılış mərasimində dedi: “Noyabrın 8-də Azərbaycan xalqına Şuşa müjdəsini verərkən demişdim ki, Şuşa artıq azaddır, bu, həqiqətdir. Biz azad Şuşada yığışmışıq. Demişdim ki, biz Şuşaya qayıtmışıq. Bu da həqiqətdir. Festivallar, poeziya günləri, mədəni tədbirlər və bir çox başqa tədbirlər artıq keçirilir və keçiriləcəkdir. Demişdim ki, biz Şuşanı dirçəldəcəyik. Bu da baş verir, biz Şuşanı dirçəldirik.”

2022-ci il iyulun 14-15-də Şuşada Vaqif Poeziya Günləri keçirilib. Şairin muzey-məqbərə kompleksinin önündə görkəmli şairlərin“Odlar yurdum Azərbaycan” - vətənpərvərlik və qəhrəmanlıq mövzusunda şeirləri səsləndirilib və Vətən müharibəsi iştirakçısı olmuş şairlərinmuğamın müşayiəti ilə çıxışları dinlənilib. Poeziya Günləri çərçivəsində Cıdır düzündə konsert- tamaşa təqdim olunub.

Bir qərinəlik fasilədən sonra Azərbaycan şairlərinin ilham pərisi Şuşanın sehirli aləmində yenidən qanadlandı. Qalibiyyət və məğrurluq hisslərindən doğan yeni-yeni poeziya nümunələri

 

 

 

yarandı. Həmin şeirlərə musiqilərbəstələnir, musiqi sədaları yenə də Şuşanın dağlarındaəks- səda verir.

                

Rəylər

Aşağıdakı məlumatları qeyd edin