Tarixi mədəniyyət abidələri

    Vaxtilə Heydər Əliyevin abidələr şəhəri adlandırdığı Şuşada 350 hektarlıq qoruq zonasında 300 tarixi abidə, 550 qədim yaşayış binası, 870 m uzunluğunda bərpa olunmuş qala divarları vardı. Tarixi abidələrdən 23-ü respublika və dünya miqyaslı abidələrə aid idi. Şuşada milli abidələrin çoxluğu, onların rəngarənglik baxımından fərqlənməsi, haqlı olaraq, şəhərin mədəniyyətimizin ən zəngin beşiyi adlandırılmasına səbəb olmuşdur. Bu abidələrin çoxu XVIII-XIX əsirlərə aiddir. Şuşada hər bir ev, küçə, möhtəşəm qala divarları, məscidlər, qəd-qamətli minarələr, əzəmətli qəsrlərin qalıqları keçmişimizdən xəbər verir. 

     Şuşada 17 məhəllə vardı: Qurdlar, Seyidli, Culfalar, Quyuluq, Çuxur, Dördlər Qurdu, Hacı Yusifli, Dörd Çinar, Çöl Qala, Mərdinli, Saatlı, Köçərli, Mamayı, Xoca Mərcanlı, Dəmirçi, Hamam Qabağı və Təzə məhəllə. Hər məhəllədə hamam, məcid, bulaq vardı.

    Şuşa "mağarası" Cıdır düzünün altında yerləşir. Mağaranın uzunluğu 125 metr, eni 20 metr, hündürlüyü 10 metrdir. 1976-cı ildə mağarada aparılmış qazıntı işləri zamanı eramızdan əvvəl VII-IV əsrlərə aid arxeoloji materiallar tapılmışdır.

      Şuşada aşağı və yuxarı Gövhər Ağa məscidləri sözün əsl mənasında müsəlman Şərqinin əzəmətli və nadir incilərindəndir. XIX əsrin sonunda Şuşada 17 məscid fəaliyyət göstərirdi. Bunlar Yuxarı Gövhərağa, Aşağı Gövhərağa məscidi, Təzə məhəllədəki məscid, Malıbəyli, Gülablı, Şelli, Yusifcanlı, Mərəzəli, Xəzəristan, Lembran, Ağcabədi, Xəlil Fəxrəddinli, Xunaşın kənd məscidləri idi. Şuşa ərazisində Hacı Yusifli, Heydəri, Hamam, Culfa, Məriyanlı, Rahatlı, Dəmirçi, Hacı Mərcanlı, Çoluçağa, Məhəlli, Çuxur, Quyuluq, Dördlər qurdu, Qapan kəndlərində də məscidlər var idi. 

    Şuşa şəhərində memar Kərbəlayı Səfi xan Qarabağlı tərəfindən inşa edilən iki məscid və iki mədrəsə binası var. Bu haqda məlumatı məscidin üzərindəki kitabə xəbər verir. Memarın adına Fizuli rayonunun mərkəzində yerləşən məscidin, Bərdə və Ağdamda olan məscidlərin, Şuşa şəhərinin bir sıra məhəllə məscidlərinin üzərində də rast gəlmək olar. Bütün bu abidələr XIX əsrin ikinci yarısına aiddir. 

     XIX yüzilliyin 80-ci illərində Ağa Qəhrəman Mirsiyab oğlunun tikdirdiyi karvansara diqqəti cəlb edir. İki mərtəbəli karvansarada 25 otaq var.

    Şuşa bulaqları memarlıq baxımından daha diqqətə layiqdir. 1873-cü ildə Xurşidbanu Natəvanın tikdirdiyi Xan qızı bulağının 12 daş gözü var. Bulağın uzunluğu 15, eni 7, hündürlüyü 4 metrdir.

    1864-cü ildə görkəmli rus rəssamı A.V.Vereşşagin Şuşada olmuş, şəhərin gözəl mənzərəsini təsvir etmişdir. M.Y.Lermontovda burada olmuşdur

    Son illərdə Şuşa Azərbaycanın ən iri turist və kurort mərkəzi idi. Şuşada istirahət evləri, sanatoriya, mehmanxana, pansionatlar tikilmişdir. 1979-cu ildə Cıdır düzünə gedən yolun sol tərəfində M.P.Vaqifə hündürlüyü 18 metrdən çox olan əzəmətli məqbərə ucaldılmışdı.

    İşğaldan əvvəl Şuşa Mamayı məscidi, Aşağı və Yuxarı Gövhər Ağa məscidləri, Saatlı məscidi əsaslı təmir edilmişdir. Görkəmli bəstəkar Üzeyir Hacıbəyovun və SSRİ xalq artisti məşhur xanəndə Bülbülün doğulub boya-başa çatdıqları evdə onların ev muzeyləri təşkil olunmuşdu. Bütün bunlardan əlavə, onu da qeyd edək ki, 10 fevral 1828-ci  il tarixli Türkmənçay müqaviləsindən sonra, XIX yüzilliyin 70-ci illərində kilsə tikilmişdir.

    Şuşada ermənilərə aid heç bir maddi mədəniyyət abidəsi yoxdur. Onlar Qafqaz canişininin göstərişi ilə tikilən kilsəni utanmadan, həyasızcasına öz adlarına çıxmağa çalışırlar. Bu bədbəxt millət öz tarixi keçmişindən sanki bixəbərdirlər. 

Mənbə: Qarabağ yaddaş, Bakı, “MHS - poliqraf”, 2010, 192səh.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin