Füzuliyə köçürülən neçə sakin işlə təmin olunub? - Nazirlik açıqladı

Füzuli şəhərinə köçürülən sakinlərdən artıq 1000-dən çox şəxsin məşğulluğu təmin edilib

Bu gün 44 günlük Vətən müharibəsinin tarixə düşən 21-ci günü - 2020-ci il oktyabrın 17-si Füzuli şəhərinin və ətraf kəndlərinin erməni işğalından azad edildiyi gün kimi tqeyd olunur.

Dövlət başçısının 2023-cü il 31 iyul tarixli Sərəncamına əsasən, 17 oktyabr – Füzuli Şəhəri Günü kimi qeyd edilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunan ərazilərimizə köçürülən sakinlərin aktiv məşğulluq proqramları ilə əhatə olunması işlərini aparır.

Nazirlikdən verilən məlumata görə, Füzuli şəhərinə köçürülən sakinlərdən də artıq 1018 nəfərin məşğulluğu təmin edilib.

Özünüməşğulluq proqramı çərçivəsində həmin sakinlərdən 35 nəfəri  üçün kiçik təsərrüfatlar qurulub, yaxın günlərdə daha bir qrup sakin üçün də təsərrüfatlar yaradılacaq. Sakinlərdən 28 nəfər isə peşə hazırlığı kurslarına cəlb edilib.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin