"Qarabağ" Çempionlar Liqasında!
Bu gün Azərbaycan çempionu "Qarabağ" Çempionlar Liqasının pley-off mərhələsində cavab oyununa çıxıb.
QOL.az xəbər verir ki, Ağdam təmsilçisi Macarıstan "Ferensvaroş"unu Bakıda qəbul edib. Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüş qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Lakin bu komandalar arasında ilk matçda "Qarabağ" 3:1 hesablı qələbə qazanmışdı.
Bununla da "Qarabağ" "Ferensvaroş"u 2 oyunun cəmində də məğlub edərək tarixində 2-ci dəfə Çempionlar Liqasının əsas mərhələsinə yüksəlib. Qurban Qurbanovun komandası 2017-ci ildə Avropanın ali klub turnirinin qrup mərhələsində mübarizə aparmışdı.
Oyunu məşhur FİFA referisi, 2022-ci ildə Çempionlar Liqasının ("Liverpul" - "Real"), 2021-сi ildə isə Avropa Liqasının ("Vilyareal" - "Mançester Yunayted") final oyununun baş hakimi olmuş Kleman Tyurpen idarə edib.
Çempionlar Liqası, pley-off mərhələsi, cavab oyunları
27 avqust
20:45. "Qarabağ" (Azərbaycan) - "Ferensvaroş" (Macarıstan) - 2:3
Qollar: Cosef, 12 (0:1), Leandro Andrade, 25 (1:1), Abdullah Zubir, 45 (2:1), B.Varqa, 55 - pen. (2:2), Tof, 81 (2:3)
Hakimlər: Kleman Tyurpen, Nikolya Danos, Aleksis Auqer, Romen Lissorq (Fransa)
VAR: Jerom Brisar (Fransa)
AVAR: Nikolas Renvil (Fransa)
Tofiq Bəhramov adına Respublika Stadionu
İlk oyun - 3:1
0 Rəy