Türk dövlətlərinin Paris Olimpiadasındakı zəfəri - 3 QIZIL

Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunları davam edir.

Artıq 3 gündən sonra ölkələr üzrə medal sıralaması da müəyyənləşib.

Medal sıralamasına Yaponiya başçılıq edir. Yaponlar 6 qızıl, 2 gümüş və 4 bürünc medal qazanıblar. İkinci yerdə Fransa (5 qızıl, 8 gümüş, 3 bürünc), üçüncü yerdə Çin (5 qızıl, 5 gümüş, 2 bürünc) gəlir.

Modern.az xəbər verir ki, medal qazanmış ölkələr siyahısında Türk dövlətləri də yer alır.

Türk Dövlətləri Təşkilatının (TDT) üzvü olan üç ölkə qızıl medal qazanıb. Bunlar Azərbaycan, Qazaxıstan və Özbəkistandır.

Maraqlıdır ki, qızl medal qazanmış hər üç idmançı cüdoçudur.

Azərbaycan cüdoçusu Hidayət Heydərov, Qazaxıstan cüdoçusu Yeldos Smetov və Özbəkistan cüdoçusu Diyora Keldiyorova Olimpiya çempuonu olmaqla adlarını "Paris-2024"ün tarixinə yazdırıblar.

TDT üzvü olan qardaş Türkiyə də 1 bürünc medal qazanmaqla sıralamada yer alır. Türkiyənin oxçuluq üzrə milli komandası (Mete Qazoz, Muhammed Abdullah Yıldırmış və Ulaş Berkim Tümer) 3-cü yeri tutub və bürünc medal qazanıb.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin