"Xoşbəxt gələcək" vədi əvəzinə “ərzaq talonu” - Vardanyanın qara günləri

Xankəndidə əhalinin pullarını nağdlaşdırması onu göstərir ki, ermənilər “gəlmə milyarderin” girovluğundan qurtulmaq üçün çıxış yolları axtarırlar

Qarabağdakı separatçı rejimin “dövlət naziri” ərzaq məhsullarını talon sisteminə keçirməyə qərar verib. O bildirib ki, artıq sistemin tətbiqi mexanizmləri hazırlanıb. İlkin olaraq, onların fövqəladə əhəmiyyət kəsb edən bir neçə növ məhsula tətbiq edilməsi planlaşdırılır. Məlum olub ki, əhali kütləvi şəkildə pullarının nağdlaşdırılmasına başlayıb ki, bu da ciddi problemlər yaradıb.

Vardanyan deyib ki, əhalinin külli miqdarda nağd pul çıxarmaması üçün “maarifləndirmə işləri” aparılmalıdır. Əhalinin xüsusilə pulları nağdlaşdırması onu göstərir ki, ermənilər Vardanyanın girovluğundan qurtulmaq üçün müxtəlif çıxış yolları axtarırlar. Onlar sosial şəbəkələrdə Xankəndini tərk etməyin yollarını ciddi şəkildə müzakirə edirlər və bu işdə onlara kömək etməyə razı olacaq Rusiya sülhməramlılarına belə göstərəcəkləri “xidmətlər” üçün rüşvət verməyə hazırdırlar. “Telegram” kanallarında artıq Kislovodskyə köçən Xankəndidən olan erməni ailəsinin fotoları dərc olunub. Vardanyanın guya “Azərbaycan tərəfindən Laçın yolunun bağlanması” zəminində Xankəndidə “blokada”, “humanitar fəlakət” barədə bütün təbliğatlarına baxmayaraq, orada yaşayan ermənilər onları əslində öz maraqları uğrunda kimin blokadada saxladığını çox yaxşı başa düşürlər. Xankəndinə yenicə köçəndə ermənilərə xoşbəxt gələcək vəd edən Vardanyan indi onları ərzaq talonuna möhtac qoyub. Qarabağın “təhlükəsizlik xidməti” isə əhaliyə müraciət edərək rayonda ərzaq və digər malların qıtlığı ilə bağlı sosial şəbəkələrdə məlumatlar dərc etməməyə çağırıb. Əhaliyə bu müraciət təsadüfi deyil. Çünki sosial şəbəkələr separatçı rejimin yalanını üzə çıxarır. Sosial şəbəkələrdə ermənilərin Qarabağdakı restoranlarda yeyib-içdiklərini əks etdirən görüntülər yetərincədir. Artıq vəziyyət o həddə çatıb ki, “Erməni İnqilabçı” adlı Telegram səhifəsində Qarabağdakı ermənilərə çağırışlar edilib. Həmin çağırışda deyilir: “Zəhmət olmasa, öz tanışlarınızdan xahiş edin ki, İnstaqram səhifələrində oturduqları restoranlarda yeməkli şəkillərini paylaşmasınlar. Bu, utancverici görünür”.

Paşinyan mətbuat konfransında jurnalistlərin ayrıseçkiliyinə yol verir -  Ermənistan JB - 10.01.2023, Sputnik Azərbaycan

Ermənistanın baş naziri Nikol Paşinyan yanvarın 10-da keçirdiyi mətbuat konfransında Laçın yolundakı vəziyyətlə bağlı Azərbaycanı günahlandırmaqdan yayınıb və Rusiya sülhməramlılarını günahkar qismində göstərib. Paşinyan “Biz tərəfdaşlarımızla ultimatum dilində danışmalı deyilik” desə də, bildirib ki, durum ictimaiyyətə açıqlanıb, lazımi qiymət verilib: “Laçın dəhlizinin işini Rusiya sülhməramlıları təmin etməlidir. Bu, üçtərəfli sazişlərdə də öz əksini tapıb”. Göründüyü kimi, Paşinyan birmənalı şəkildə, Azərbaycanın rəsmən bəyan etdiyi kimi, “Laçın yolunu Rusiya hərbçiləri bağlayıb”, deyə bilmir, amma dolayı şəkildə buna eyham vurur.

Vardanyan isə belə bir dolayı eyhamdan da çəkinir, çünki onu Qarabağa göndərən qüvvə Rusiyadadır. Son günlər Vardanyanın “Qarabağ 100 faiz blokadada deyil, bizim həyat yolumuz var” - söyləməsi də Rusiyanın hərbi kontingentini sığortalamağa xidmət edir. Artıq “gəlmə milyarder”in şousu Qarabağ ermənilərində də etirazlar doğurub. Yayılan məlumatlara görə, Xankəndidə Vardanyanın əleyhinə kampaniya başlayıb. İddia olunur ki, Vardanyan ötən ilin noyabrında 1 fevral 2023-cü ildə Qarabağdakı ermənilərin çıxarılması üçün 50 avtobusun ayrılması barədə qərar imzalayıb. Ermənilərin çıxarılmasından sonra isə Vardanyan gizli vətəndaşı olduğu İngiltərəyə qaçacaq. Təbii ki, bu iddianın nə qədər doğru, yaxud yalan olduğunu demək çətindir. Lakin mövcud reallıq Qarabağda yaşayan erməni əhalinin iki seçimdən birini etməyin zəruriliyini hər keçən gün daha da artırır: ya Azərbaycan cəmiyyətinə inteqrasiya edib, bərabərhüquqlu vətəndaş kimi yaşayacaqlar, ya da Qarabağı tərk edəcəklər...

Vardanyanın absurd teatrı: Qarabağdakı hayklara bu 4 ərzaq talonla  veriləcək?.. » "Dünya" informasiya agentliyi

Bəs ekspertlərimiz Vardanyan və onun dəstəsi barədə nələri proqnozlaşdırır? Separatçıları bu gedişlə nələr gözləyir və ümumiyyətlə, Azərbaycan Qarabağın bu bölgəsi ilə bağlı hansısa addımlar ata bilər?

 

Amerika kəşfiyyatının “verbovka” etdiyi azərbaycanlı direktor necə ƏLƏ  KEÇDİ...

İlham İsmayıl

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl “Yeni Müsavat”a bildirdi ki, Rusiyada zəngin ermənilər kifayət qədərdir. Ruben Vardanyan seçiminin səbəbkarı həm də onun xarakteridir: “Hələ 44 günlük müharibənin getdiyi vaxt varlı ermənilər içərisində məhz Vardanyan Rusiya Prezidentinə müraciət edib "yalvarıram, bu müharibəyə müdaxilə edin" deyirdi. Yəni Rusiya üçün yalnız varlı erməni faktı deyil, həm də şəxsi keyfiyyətlər nəzərə alınıb. Vardanyanın Qarabağda ciddi bir dəstəsi yoxdur, ümumiyyətlə, orada separatçı rejim liderləri mükəmməl komanda deyil. Vardanyan gələndən sonra nə qədər çalışsa da, fikirləşdiyi komandanı - “kabinet”i indiyədək yarada bilməyib. Gəldiyi dörd ay ərzində yalnız təxribata - iki dəfə mitinq keçirməyə nail olub. Yerli əhalinin onun gəlişi ilə bağlı xəyalları suya düşüb". İ.İsmayılın sözlərinə görə, yerli ermənilər fikirləşirdilər ki, Kremlin milyarderi onlara firavan həyat verəcək və onların problemi olmayacaq: “Əksinə, Vardanyan əlavə problemlər - ən azı Laçın yolundakı indiki vəziyyət - yaradıb və onun əziyyətini sıravi əhali çəkir. Son günlər Vardanyanın bəzi iradları da əhali arasında narazılıq yaradıb”. Ekspert şübhə etmir ki, Vardanyan öz istəyi ilə tezliklə Qarabağı tərk etməyəcək: “Onun qarşısında qoyulan vəzifə yalnız Qarabağla yekunlaşmır və onun üçün "milli qəhrəman" obrazını yaradıb, İrəvanda hakimiyyətə gəlmək kimi strateji hədəflər müəyyənləşdirilib. Amma hiss olunur ki, Vardanyanın Qarabağda nəzərdə tutulan zirvəyə çatması mümkünsüzdür. Ona görə də Ermənistanda hakimiyyət dəyişikliyinə çalışan Rusiya iki ildir ki, Paşinyanı uzaqlaşdıra bilmədiyi kimi, Vardanyanı da siyasi hakimiyyət olimpinə çatdıra bilməyəcək. O zaman Vardanyanın perspektivsizliyi əvvəl özünə məlum olacaq və bu biznes adamı bəhanələrlə nəinki Qarabağı, Ermənistanı, Rusiyanı da tərk edəcək. Bir sıra beynəlxalq şərtlər-daha çox Ukraynadakı müharibənin gedişi hadisələri sürətləndirə və ya bir qədər ləngidə bilər. Separatçıların liderlərinin ömrü Rusiyanın Azərbaycanı tərk etdiyi günə qədərdir. Bunu ən yaxşı elə separatçıların özləri bilir. Hələ ki Rusiyanın, Fransanın, diasporanın dəstəyinə əsaslanıb Xankəndidə vəzifə tutub, həm də onlara ayrılan pullardan qazanc əldə edirlər. Biz tezliklə onların bölgəni tərk edəcəklərinə özümüzü inandırıb arxayın olmamalıyıq".

İ.İsmayılın qənaətinə görə, Xankəndidə dövlət nəzarətimizin yaranmasının hərbi- siyasi yollarını qısa bir zamanda gündəmə gətirməliyik: “Ona görə "hərbi" ifadəsini öndə istifadə etdim ki, qarşı tərəfin müharibədən keçən iki il iki ay ərzində siyasəti münasibətləri normallaşdırmağa deyil, gərginləşdirməyə hesablanıb. Düşmənimiz o qədər məkrlidir ki, o güc görmədən diplomatiya ilə çox çətin geri çəkilsin. Sualınızın birbaşa cavabı da budur: separatçıların Qarabağdan çıxması bizdən-Azərbaycanın apardığı siyasətdən asılıdır. Ərazilərimizə dövlət nəzarətinin bərpasının zaman məsafəsini qısaltmalıyıq, müharibədən sonrakı 26 ay sübut etdi ki, düşmən və havadarı zamanı süni şəkildə uzatmaq siyasəti aparır. Əks siyasətimizi göstərməliyik".

63 yaşlı Qafar Çaxmaqlı: “Həmişə hər şeyi sıfırdan başlamışam” - MÜSAHİBƏ

Qafar Çaxmaqlı 

Politoloq Qafar Çaxmaqlı isə bu mövzu ilə bağlı “Yeni Müsavat”a açıqlamasında bir mühüm məsələyə diqqət çəkdi: “Öncə onu deyim ki, Qarabağ iqtisadi rayonunun Xankəndi, Ağdərə, Xocavənd, Əsgəran və başqa ərazilərində yaşayan əhalinin statistikası qəsdən və məqsədli şəkildə saxtalaşdırılır. Burada ermənilərin dünyaya elan etdikləri qədər əhali yoxdur. İmkanları olsa, buranı tərk edib getməyə minlərlə adam var. Onların bir çoxlarının gedəcəyi yer belə, yoxdur. Müharibə dövründə evlərini tərk edən insanlar Ermənistanda küçədə qalmışdılar. Geri dönmələri də bununla əlaqədar idi. Dünyada gedən iqtisadi sıxıntıların Qarabağın ermənilər yaşayan bölgələri də əhatə etdiyi gerçəkdir. Bu, onların iddia etdiyi "blokada" ilə bağlı deyil, oradan-buradan gələn yardımlar kifayət etmir. Ermənilərin bundan da bir şou düzəltdikləri bilinir. Bu millətin xarakteri belədir. Ya “əzabkeş” obrazında ortaya çıxırlar, ya da başqa bir dona girirlər. Amma elə bir an gəlir ki, onlar seçim etmək məcburiyyəti qarşısında qalmalı olurlar. Bəzən onların öncədən yanlış yol seçmələri, mənasız və ağılsız tutumları bu seçimi etməkdə zora soxur". Q.Çaxmaqlının sözlərinə görə, 44 günlük müharibədən sonra anlamalı idilər ki, qalib Azərbaycanın təkliflərinə tabe olmalıdırlar:  “Ermənilər bilməli idilər ki, Azərbaycan vətəndaşlığını qəbul edib, burada yaşamaq seçimi onların hər mənada xilası olacaq. Zaman içərisində kənar müdaxilə və separatçılıq düşüncəsi bu seçimi doğru etməyə mane oldu”. Politoloq qeyd etdi ki, Xankəndinə göndərilmiş emissar Vardanyan isə onların durumunu daha da gərginləşdirdi: “Vardanyanın özü düşürüldüyü bu bataqlıqdan necə çıxacağının yollarını axtarmaqdadır. Yerli əhali Vardanyanın hansı məqsədlə gəldiyini anlayıb və onun buradan qovulacağı gün də uzaqda deyil. Əhali öz arasında çaşbaş vəziyyətdə qaldı. İndi çıxış yolu axtarmaq cəhdləri nəticə vermir, Azərbaycana inteqrasiya olunmaq düşüncəsi artmaqdadır. Burada kök salmış erməni separatçılar da ölkəmizi tərk edəcəklər. Onların burada yaşayan əhaliyə hansısa haqq almaq ümidləri də puça çıxmaqdadır. Bəsit bir addımımız, Azərbaycan ekofəallarının aksiyaları bu erməni planını alt-üst etdi. Seçim etməlidirlər: ya Azərbaycanın bərabərhüquqlu vətəndaşı kimi qalıb yaşayacaqlar, ya da çıxıb gedəcəklər. Məncə, sadə erməni əhali artıq bunu anlayıb. Vardanyan və separatçıların taleyi isə burada baş verəcək proseslərdən asılıdır. Onlar qanunlarımızla torpaqlarımızda cinayət etmiş adamlardır. Etdikləri bu cinayətlərin isə mütləq cəzası olacaq. Onları kim qorusa belə...”

Laçın-Xankəndi yolundakı dinc aksiyanın 30-cu günü də geridə qaldı. Ekspertimizin dediyi kimi, ermənilər üçün gerisayım başlayıb, ya Vardanyanla birgə gedər-gəlməzə, ya da Azərbaycan bayrağı altında işıqlı gələcəyə, seçim özlərinindir!

E.Paşasoy,
“Yeni Müsavat”


 

Rəylər

Aşağıdakı məlumatları qeyd edin