"Bütün müharibələri dayandıracağıq" - Trampdan ilk MESAJLAR
Yanvarın 20-də Donald Tramp and içərək ikinci dəfə ABŞ prezidenti vəzifəsinin icrasına başlayıb.
Modern.az-ın məlumarına görə, o, açılış nitqində ABŞ-ın “qızıl dövrünün” başlandığını bildirib.
ABŞ-ın 47-ci prezidentinin əsas açıqlamaları aşağıdakılardır:
- Enerji sektorunda enerji ehtiyatlarının çıxarılmasını stimullaşdırmaq üçün fövqəladə vəziyyət tətbiq ediləcək. ABŞ qiymətləri aşağı salmaq üçün irimiqyaslı neft və qaz hasilatına başlayacaq.
- Digər dövlətlərdən rüsumları toplayacaq Xarici Gəlir Xidməti yaradılacaq.
- “Yaşıl sövdələşmə” başa çatacaq və elektriklə işləyən avtomobillərə məcburi keçid ləğv ediləcək.
- ABŞ Gücü bütün müharibələri dayandıracaq və dünyaya yeni birlik ruhu gətirəcək.
- ABŞ Panama kanalına nəzarəti “geri alacaq”.
- "Biz Marsda Ulduzlar və Zolaqlar (ABŞ Bayrağı - red.) dalğalandırmaq üçün astronavtları göndərəcəyik."
- Meksika körfəzinin adı Amerika körfəzi, Şimali Amerikanın ən hündür dağı Denali isə Makkinli adlandırılacaq.
- Meksika ilə sərhəddə fövqəladə vəziyyət tətbiq olunacaq və qoşun göndəriləcək. Qanunsuz miqrantlar öz vətənlərinə qaytarılacaq .
- Narkotik kartelləri xarici terror təşkilatları elan ediləcək.
"Bu gün Amerika Birləşmiş Ştatları Hökumətinin siyasəti yalnız iki cinsin - kişi və qadının olmasıdır." Transseksuallar qadın idmanına buraxılmayacaq.
- Hökumət senzurasına son qoymaq üçün fərman veriləcək.
- Donald Trampın çıxışından sonra onun mətbuat katibi əlavə edib ki, ABŞ Paris iqlim sazişindən çıxacaq.
0 Rəy