İrəvanda rus simvolikasını təhqir edən şəxsə hökm oxunub

Samvel Şirinyan İrəvanda mühasirədə olan Leninqrad uşaqlarının xatirəsinə ucaldılmış abidənin önündə əklillər və rus simvollarının təhqir olunması işində təqsirli bilinib.

 

Modern.az xəbər verir ki, bunu “Joğovurd” qəzeti yazıb.

 

Məhkəmə Şirinyanı nifrət, ayrı-seçkilik, dözümsüzlük və ya düşmənçiliyi qızışdırmaq və ya təşviq etmək məqsədi daşıyan açıq bəyanatlar verməkdə təqsirli bilib. O, 1 il müddətinə azadlıqdan məhrum edilib, lakin şərti azadlığa buraxılıb və 3 il nəzarət altında olub. Şirinyan hökmdən apellyasiya şikayəti verməyib.

 

Daha əvvəl Şirinyanın Ermənistanı tərk etmək istəyərkən Gürcüstanla sərhəddə tutulduğu bildirilirdi.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin